Loading...') }}
Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik ---
Image

Vrieziyanın çiçəkləməsini sürətləndirən meyvə.

Dekorativ otaq bitkisi olan vrieziyanın 250-dən çox növü var. Onun vətəni Cənubi Amerika meşələri hesab edilir. Vrieziyanı ilk dəfə 1843-cü ildə ingilis botaniki Con Lindli aşkar edib. Bitkinin adı isə Cənub-Şərqi Asiya florasının tədqiqatçısı, holland həkimi və botaniki Vilhem Henrix de Frizinin şərəfinə verilib.

AZƏRTAC xəbər verir ki, otaq və oranjereyalarda bitkinin 150-dən artıq növü yetişdirilir. Bir çox ölkələrdə bayramqabağı müxtəlif kompozisiyaları, vitrin, florarium, epifit ağacların, interyerin vrieziya ilə bəzədilməsi artıq ənənə şəklini alıb.

Vrieziyanın yarpaqlarının uzunluğu 20 santimetrə çatır, yaşıl, aşıq yaşıl, bəzən qırmızı, qəhvəyi zolaqlı və başqa rənglərdə olur. Bitkinin dəlikli, şahmatvarı, heroqlifli, şahzadə Sanders adlanan növləri var. Vrieziya fevral-aprel və may-iyul aylarında çiçəkləyir. Bir neçə ay davam edən çiçəkləmə dövrünü sürətləndirmək üçün bitkinin dibçəyinin yanına bir alma qoymaq kifayətdir. Çiçəkləmədən sonra isə bitki məhv olur və özündən sonra çoxlu balaca cücərtilər qoyur.

Vrieziyanın radiator və kompüter yaxınlığında yerləşdirilməsi onun tez solmasına səbəb olur.

Mənbə

 

 

 

Postu paylaşın