Loading...') }}
Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik --- Sevdikləriniz üçün gül sifarişinizi bizdən edin. Ölkənin hər yerinə çatdırılma imkanı ilə sizə xidmət edirik ---
Image

Hava təmizləyən 10 ən yaxşı ev bitkisi

Evlərimizdə havanın təmizlənməsini təmin edən bitkilərin mövcud olduğunu bilirdiniz? Bitkilerin insanların əhval ruhiyyəsinə müsbət təsir etdiyi, stressi azaltdığı məlumdur, lakin bunlara əlavə olaraq bitkilərin təbii hava təmizləyici olduğunu da bilmək lazımdır.

Adətən soyuq havalarda evdən tez-tez çıxmırıq və evdə sağlam və təmiz havanın olması vacibdir. Doğru havalandırma olmadan evdə təmiz havanı təmin etmək çətin prosesdir.

 

Bitkilər evlərimizin havasını necə təmizləyirlər?

Gəlin ilk olaraq botanikanın bizə öyrətdiyi təməl bilgidən başlayaq: bitkilər karbon dioksidi (Co2) udur və oksigeni (O2) havaya buraxır və insanlar və canlılar bu oksigendən nəfəs almaq üçün istifadə edir. Açıq havada əkilmiş ağaclar, bitkilər havanın çirklənməsinin qarşını almaq üçün təbii vasitədir. Beləliklə, gəlin gorək iç məkan bitkiləri də eyni rolu oynaya bilərmi?

 

Hələ 1989-cu ildə, NASA Təmiz Hava araşdırması (Nasa Clean Air Study - eng) havanın təmizlənməsində effektiv olub olmadığnı yolamaq üçün 19 növ bitkini sınaqdan keçirtmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, sadəcə 24 saat ərzində havadan, 87%-ə qədər formaldehid, benzol və trikloretilen bitkilərin yarpaqları və kökləri vasitəsilə təmizlənmişdir. Nəticə: Adi, az işıq tələb edən bitkilər havadan zəhərli qazları udub havanı təmizləyirlər.

 

Havanı təmizləyən 10 iç məkan bitkisi

1. Hörümçək bitkisi (Chlorophytum comosum) güclü hava təmizləyicidir. Bu bitki  formaldehidi, sigaret tüstüsündən, quru təmizləmədən, dırnaq boyasından və başqa proseslər nəticəsində ayrılmış qazları havadan təmizləyir. Hörümçək bitkiləri qaz və odun sobası olan məkanlarda yaranmış karbon monoksid qazını da udmaq qabiliyyətinə malikdirlər. Bu bitkinin yetişdirilməsi çox asandır.

 

2.Filodendronlar (Philodendrons), ən populyar ev bitkilərindəndir, mükəmməl hava təmizləyicidir, havadan formaldehid qazlarını havadan təmizləyir. Bu sarmaşıq bitkisi müntəzəm olaraq suvarıldıqda tez inkişaf edir. Ürək şəkilli, Filodendron selloum və Fil qilağı filodendronlar ən yaxşı təmizləyicilərdir.

 

 

 

3. İngilis sarmaşığı (Hedera heliks - Hedera helix) da dözümlü, tez böyüyən bitkilərdəndir. Hava çirkləndiricilərinin çoxunu təmizləyə bilir. Az işıqlı yerlərdəd də inkişaf edir. Yüksək istiliyi sevmir, ona görə də yarpaqları həftəlik sulanmalıdır, bu həmdə hörümçək gənələrinin də qarşısını almağa kömək edir.

 

 

4.Sülh zambağı (Spathiphyllum sp.) orta temperaturda inkişaf edən ağ çiçəkləri olan gözəl bir ev bitkisidir. Bu zambaqların havanı spirt, aseton, trikloretilen, benzol və formaldehiddən təmizlədiyi məlumdur. Yarımkölgə yerdə nəmli saxlanılmalıdır.

 

 

5. İlan bitkisi (Sansevieria trivasciata), həmçinin "Qaynana dili" də adlandırılır, asan yetişdirilən bitkilərdəndir. Bol sulamaq lazımdır, lakin yenidən sulamaq üçün tam olaraq qurumasını gözləmək lazımdır. Hər bir yerdə həyatda qala bilir, günəşli və ya kölgə olan məkanlarda.

 

 

6.Quzmania (Bromeliads) hava çirklənməsinin qarşısını alan bitkilər arasında ən yüksək yerlərdə durur. Bu bitkilər gecə vaxtı oksigen buraxır və çirkli havanı təmizləyir. Parlaq çiçəyi və gözəl yarpaqları olan bu bitkilər yarım kölgə və ya adi ofis işıqlandırmasında gözəl nəticələr verir. Quraqlığa dözümlüdür və daha çox baxıma ehtiyac duymayan bu bitki çox sulandığı zaman və yaxşı drenaj sistemi olmadığı zaman  kök çürüməsinə səbəb olur.

 

 

7. Drasaena (Dracaena) kölgəli, yarı-günəşli və nəmli yerləri sevir. Varnekii, Canet Kraiq (Drasaena Kompakta), qırmızı-kənar və cornstalk (Drasaena Fraqrans) drasenaları hava təmnizlənmədə yüksək qiymətləndirilir.

 

Drasaena Kompakta

 

8. Fikus Benjamin (Ficus benjamina) işıqlı lakin birbaşa günəş işığı düşməyən yerləri, yüksək nəmli və ilıq temperaturu sevir. Torpağın üst hissəsi quru olduqda sulamaq, müntəzəm olaraq da yarpaqlarını nəmləndirmək lazımdır.

 

 

9. Fikus elastika (Ficus elastica) sərin temperatur və az işıq yerlərdə yaşaya bilir və hər bir məkanda havadan toksinləri təmizləyir.

 

 

10. Areka Palması (Chrysalidocarpus lutescens) gözəl, baxımı asan və havadan toksinləri təmizləyən bitkidir.

 


"Güllərim" MMC

 

 

 

 

Postu paylaşın