
İşıq Tələbatı Bol, parlaq işıq və günəşli mühitləri sevir Doğrudan günəş işığı alması gövdə və küçük yarpaqların tünd bordo-qırmızı rəngini qorumasını təmin edir Aşağı işıqlı mühitlərdə qırmızı rəng solub yaşıl tona keçə bilər
Suvarma Kaktus və sukkulent rejiminə uyğun suvarılmalıdır Torpağı tamamilə qurumadan su verilməməlidir Yayda: 10–14 gündə 1 dəfə Qışda: 3–4 həftədə 1 dəfə (və ya torpaq tam quru olduqda) Kök çürüməsinin qarşısını almaq üçün artıq su dibçəkdə qalmamalıdır
Temperatur və Rütubət 18–28°C ideal temperatur aralığıdır Aşağı rütubətli və quru havanı rahatlıqla tolere edir 10°C-dən aşağı soyuq şəraitdən və şaxtadan qorunmalıdır
Torpaq və Saxsı Kaktus və sukkulentlər üçün nəzərdə tutulmuş qumlu, dənəvər və yüksək drenajlı torpaq Suyun rahat süzülməsi üçün dibi mütləq dəlikli saksı
Budama və Baxım Hündürlüyünə və formalı budaqlarına nəzarət etmək üçün budama aparıla bilər
Rəy yazın
E-poçt adresiniz yayımlanmayacaq. Tələb olunan sahələr qeyd olunur *
Rəy yazmaq üçün linkə daxil olun
Bu məhsula hələ rəy yazılmayıb.














